“Qarabağ”ın hücumçusu son oyunları buraxacaq

İcarə əsasında “Ankaragücü” klubunda çıxış edən “Qarabağ”ın hücumçusu Ovusu Kvabena Türkiyənin 1-ci Liqasında mövsümün son iki oyununu buraxmalı olacaq.

Komanda.az xəbər verir ki, 24 yaşlı hücumçu “Boluspor” və “Keçiörengücü”nə qarşı görüşlərdə iştirak etməyəcək.

O, “Ostim Radio” idman proqramında iştirak etdikdən sonra ağır xəstəlik keçirib.

Kvabenanın müqaviləsi mövsümün sonunda başa çatacaq. Qanalı forvardın gələcək taleyinə hələ aydınlıq gəlməyib. Klubun onu “Qarabağ”dan birdəfəlik transfer edəcəyinə ümidvar olduğu bildirilir. Futbolçunun azarkeşlərin sevimlisi olduğu və çıxışı ilə rəhbərliyi qane etdiyi vurğulanır.

Bu mövsüm Ovusu Kvabena 23 oyuna 10 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.