“Qarabağ”ın “Gent”lə oyunlarının başlama vaxtı açıqlandı

“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçika “Gent”inə qarşı keçirəcəyi oyunların başlama saatı açıqlanıb.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 2023-cü il fevralın 16-da Bakıda keçiriləcək ilk qarşılaşma saat 21:45-də start götürəcək. Oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Fevralın 13-də Gent şəhərində keçiriləcək cavab matçı isə saat 00:00-da başlayacaq.

“Qarabağ” UEFA Avropa Liqasında yer aldığı G qrupunu 3-cü pillədə başa vurduğu üçün Konfrans Liqasının pley-off mərhələsində iştirak hüququ qazanıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button