“Qarabağ”ın futbolçusu harda əməliyyat olunacaq? – açıqlama

“Qarabağ”ın futbolçusu Xayme Romero əməliyyat olunacaq.

İspan yarımmüdafiəçinin əməliyyatı Bakıda olmayacaq. Bu barədə “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Komanda.az-a açıqlamasında deyib:

“Romero ilkin ehtimallara görə, 6 ay olmayacaq. Əməliyyatı Bakıda olmayacaq. Müxtəlif variantlara baxırıq. Uyğun olanı seçəcəyik”.

İspaniyalı yarımmüdafiəçi Konfrans Liqasının qrup mərhələsində “Bazel”ə qarşı keçirilən oyunun (0:0) ilk hissəsində, ön çarpaz bağlarından xəsarət alıb.