“Qarabağ”ın futbolçusu üçün mövsüm bitib? – Açıqlama

“Qarabağ”ın futbolçusu Yassin Benzia üçün mövsüm erkən başa çata bilər. Əlcəzairli yarımmüdafiəçi yenidən zədələnib.

Bu barədə Komanda.az-a Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib. Klub sözçüsü futbolçunun zədəsi ilə bağlı belə deyib:

“Benzia üçün mövsüm bitdi” deməyək. Premyer Liqanın sonuncu turunda meydana çıxa bilər. Futbolçuda ikinci dərəcəli əzələ dartılması aşkarlanıb. O, ən azı iki həftə oynamayacaq”.

Yassin Benzia “Qarabağ”a qış fasiləsində Fransanın “Dijon” klubundan keçib.

Rövşən Əlisoy

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button