Qara Qarayev: “Fransadan yaxşı nəticə ilə qayıda bilərik”

“Qarabağ”ın futbolçusu Qara Qarayev Konfrans Liqasının pley-off mərhələsində Fransada “Marsel”ə qarşı keçirəcəkləri oyundan əvvəl UEFA-nın rəsmi saytına açıqlama verib.

Komanda.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi rəqibin Çempionlar Liqasını qazandığını xatırladıb:

“Diqqətli və kollektiv şəkildə oynasaq, Fransadan yaxşı nəticə ilə də qayıda bilərik. Onlar artıq bir dəfə titulu başları üzərinə qaldırıblar. Düzdür, çoxdan olub. Amma bu, “Marsel”in köklü, güclü və Fransanın ən böyük klublarından biri olduğunun sübutudur.

“Marsel”lə matç asan olmayacaq. Amma son illərdə futbol çox dəyişib: istək, əzmkarlıq və oyuna ciddi yanaşma istənilən matçda möcüzələr yarada bilər. Xüsusilə, güc balansını dəyişə biləcək səfər oyunu bizim üçün çətin olacaq. Çünki rəqibin heyətində yaxşı futbolçular var. “Marsel” güclü komanda olsa da, məndə belə bir təəssürat yaranıb ki, keyfiyyətli rəqiblərə qarşı daha yaxşı oynayırıq”.

“Qarabağ” “Marsel”ə qarşı ilk oyununu fevralın 17-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button