Türkiyə klubu “Qarabağ”ın hücumçusu ilə maraqlanır

“Qarabağ”ın futbolçusu İbrahima Vadji karyerasını Türkiyədə davam etdirə bilər.

Komanda.az xəbər verir ki, 26 yaşlı hücumçu ilə “Kocaelispor” klubu yaxından maraqlanır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Xəbərdə, 1-ci liqa təmsilçisinin Vadjini mövsümün sonuna qədər icarəyə götürmək istədiyi bildirilib.

Seneqallı hücumçunun “Qarabağ”da özünü xoşbəxt hiss etmədiyi və bu səbəbdən klubdan ayrılmağa müsbət yanaşdığı qeyd olunub.

Vadjinin “Qarabağ”la müqaviləsi 2024-cü ilin yayına qədərdir. O, bu mövsüm Ağdam təmsilçisi ilə 15 oyunda 5 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button