“Qarabağ”ın futbolçusu Avropa Liqasının intizamsızları arasında

UEFA Avropa Liqasının qrup mərhələsində 3-cü turun oyunlarından sonra statistik göstəricilər açıqlanıb.

Komanda.az xəbər verir ki, ilk üç tur ərzində ən çox qaydanı pozan futbolçuların siyahısında “Qarabağ”ın üzvü Filip Ozobiç də yer alıb. 29 yaşlı futbolçu bu göstəricidə ilk iki pilləni bölüşür. Xorvatiyalı oyunçu və Serbiya “Srvena Zvezda”sında çıxış edən Dieqo Farçinelli üç oyun ərzində 13 dəfə qaydanı pozub. Ozobiç ardıcıl üç görüşdə sarı vərəqə ilə cəzalandırılıb və 4-cü turda komandasına kömək edə bilməyəcək.

“Qarabağ” Avropa Liqasındakı 48 komanda arasında qayda pozuntularının sayına görə 3-4-cü pillələri bölüşür. Ağdam təmsilçisi və Avstriya “Rapid”i üç görüşdə 52 dəfə kobudluq edib. İsveçrə “Yanq Boyz”u 1-ci, Çexiya “Slaviya”sı (54) isə 2-ci sırada qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button