Zubir: “Hər oyunda çalışıram ki, komandamız üçün effektli olum”

“Qarabağ”ın futbolçusu Abdullah Zubir Konfrans Liqasının qrup mərhələsində “Kayrat”a (Qazaxıstan) qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib.

Komanda.az xəbər verir ki, Zubir, sabah oynanılacaq qarşılaşmayla bağlı bunları deyib:

“Bizim üçün çox vacib oyundur. Rəqibin heyətində yaxşı futbolçular var.

Konfrans Liqası başqa səviyyədir. Hər oyunda çalışıram ki, komandamız üçün effektli olum. Sabahkı oyunda da əlimdəm gələnin ən yaxşısını etməyə çalışacam.

Düzdür, təsnifat mərhələsi oyunlarında Tofiq Bəhramov adına Respublika stadionunun qazonu yaxşı deyildi. Amma bizim üçün bu stadionda oynamaq daha yaxşıdır. Burada tribunadakı azarkeşlər futbolçulara daha yaxındır.”.