“Qarabağ”ın futbolçusu “ən yaxşı” adına namizədlər arasında

UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.

Komanda.az xəbər verir ki, siyahıda “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç də yer alıb.

28 yaşlı monteneqrolu oyunçu ilə yanaşı, “Fiorentina”dan Luka Yoviç, Kipr AEK-indən (Larnaka) Anxel Qarsiya və “Trabzonspor”dan Trezege bu ada namizəddir.

Yankoviç Belçika “Gent”inə 1:0 hesabı ilə qalib gəldikləri oyunda məhsuldar ötürmə müəllifi olub. Onun matçdakı ötürmələrinin 67 faizi dəqiq alınıb.

“Qarabağ”la “Gent” arasında cavab oyunu fevralın 23-də, Belçikada olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button