“Qarabağ”ın Çexiyaya səfər proqramı açıqlandı

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündə “Viktoriya” ilə qarşılaşacaq “Qarabağ” avqustun 22-də Çexiyaya yollanacaq.

Komanda.az xəbər verir ki, “köhlən atlar”ı Praqa şəhərinə aparacaq təyyarə saat 09:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.

Avqustun 22-də, saat 19:30-da “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. Saat 20:00-da isə matçın keçiriləcəyi Plzen şəhər stadionunda komandanın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq.

“Viktoriya” – “Qarabağ” oyunu avqustun 23-də, saat 23:00-da başlayacaq. İlk matç 0:0 hesabı ilə yekunlaşıb.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button