“Qarabağ”ın bütün potensial rəqibləri bəlli oldu

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın 1-ci təsnifat mərhələsindəki bütün potensial rəqibləri bəlli olub.

Komanda.az xəbər verir, bu, ilkin mərhələnin iştirakçılarının dəqiqləşməsi ilə reallaşıb.

Səpələnmişlər səbətində qərarlaşan Ağdam təmsilçisi nisbətən zəiflərin yer aldığı “səpələnməmişlər”dən biri ilə üz-üzə gələcək. Orda isə 16 komandanın adı dəqiqləşib. Yalnız ilkin mərhələdən hansı klubun gələcəyi hələlik bilinmir.

Bu isə o deməkdi ki, ilk mərhələdə yer alan 4 komanda da “Qarabağ” üçün potensial rəqib hesab olunmalıdı. Üstəlik, 1-ci təsnifat mərhələsinin püşkü ilkin raundun qalibi müəyyənləşməmiş atılacaq.

UEFA Çempionlar Liqası, 2020/21 mövsümü
İlkin mərhələ

“Tre Fiori” (San-Marino) – “Linfild” (Şimali İrlandiya)
“Drita” (Kosovo) – “İnter” (Eskaldes, Andorra)

1-ci təsnifat mərhələsi

Səpələnmişlər: “Seltik” (Şotlandiya), “Astana” (Qazaxıstan), “Ludoqorets” (Bolqarıstan), “Srvena Zvezda” (Serbiya), “Qarabağ” (Azərbaycan), “Legiya” (Polşa), “Makkabi” (Tel-Əviv, İsrail), “Molde” (Norveç), “Şerif” (Moldova), “Ferensvaroş” (Macarıstan), “Dandolk” (Şimali İrlandiya), “Slovan” (Slovakiya), “Suduva” (Litva), “Omoniya” (Kipr), Rumıniya çempionu, “Sarayevo” (Bosniya və Herseqovina), “Dinamo” (Tiflis, Gürcüstan)

Səpələnməmişlər: “Fola” (Lüksemburq), “Yurqorden” (İsveç), “Buduçnost” (Monteneqro), “Flora” (Estoniya), “Dinamo” (Brest, Belarus), “Riqa” (Latviya), “Konnahs Kuey” (Uels), “Europa” (Cəbəllütariq), “Klaksvik” (Farer adaları), “Çelye” (Sloveniya), “Ararat” (Ermənistan”), “Reykyavik” (İslandiya), “KuPS” (Finlandiya), “Tirana” (Albaniya), “Sileks” (Şimali Makedoniya), “Floriana” (Malta), ilkin mərhələnin qalibi.

İlkin mərhələnin oyunları 8-11 avqustda İsveçrənin Nyon şəhərində keçiriləcək. 1-ci təsnifat mərhələsinin püşkü avqustun 9-da atılacaq. Bu mərhələnin oyunları sözügedən ayın 18-19-da keçiriləcək.

Xatırladaq ki, qaydalara əsasən, Azərbaycan və Ermənistan klubları iki ölkə arasındakı münaqişəyə görə rəqib ola bilməz.