“Qarabağ”ın bu durumundan istifadə edib, qalib gələ bilərdik”

“Zirə”nin baş məşqçisi Samir Abasovun Premyer Liqanın 5-ci turunda “Qarabağ”la qarşılaşdıqları oyundan sonra mətbuat konfransı keçirilib.

Komanda.az xəbər verir ki, Abasov, 1:3 hesabıyla bitən görüşü belə şərh edib:

  • Bir neçə tur idi ki, uduzmurduq. Yaxşı əhval-ruhiyyə ilə meydana çıxmışdıq. Bu gün sırf 3 xalı düşünürdük. Məqsədimiz qələbə qazanmaq idi. Müdafiədə etdiyimiz səhvlərdən qol buraxdıq. Ancaq bəzi anlar da var idi ki, bizi razı salır. Çox qaçdıq. İmkanlarımız da oldu.
  • İkinci hissədə “Zirə” qələbə qazandı…
  • İlk qol epizodunda bizim müdafiəçimiz əzələsini dartdı. Heç vaxt əks-hücum oynamayan “Qarabağ” bu gün əks-hücumlardan qol vurdu. Etdiyimiz səhvlərin üzərində ciddi dayanacağıq.
  • Komandada vəziyyət nə yerdədi? Ehtiyat oyunçularınız çox azdı…
  • 4 zədəli ilə gəldik bura. Bizdən əvvəl iki gün bəzi oyunçular əvəzedicidə oynamışdı. Əlimizdə limitə uyğun 2 futbolçu var. Rafaelə nəsə olsaydı, bir oyunçu qalırdı. Bəzi məqamlar var ki, əl-qolumuzu bağlayır.
  • Mövsümün əvvəlində komanda formalaşdırarkən bu halları nəzərə almamışdız?
  • 40 futbolçu götürməli deyilsən ki, birdən 10-nu zədələnər. İmkanımız çatanı etdik.
  • Reallıq nəyi göstərir? Bu “Zirə” bu gün “Qarabağ”ı uda bilərdimi?
  • Bugünkü durumdan istifadə edib, uda bilərdik. İkinci hissədə rəqib müdafiəyə oturdu, top itkiləri olurdu. Sıx qrafiklə oynayırlar. Amma bundan yararlana bilmədik.
  • Soni Norde nə üçün ehtiyatda idi?
  • Bunu əvvəldən düşünürdük. Elvin daha çox müdafiəyəmeyillidi, ona görə Norde ehtiyatda qaldı. İkinci hissə Nordeni meydana salıb, hücumu gücləndirməyi düşünürdük.
  • Cavid Hüseynovu komandaya götürdüyünüz üçün peşmansız, yoxsa kapitanlıq sarğısını verdiyiniz üçün?
  • Cavid bura gəldikdən sonra milliyə də dəvət alıb. Yaxşı oynayıb ki, yığmaya dəvət alıb.

Şahin Cəfərov