“Qarabağ” Kadinin müqaviləsinin detallarını açıqladı

“Qarabağ”ın braziliyalı futbolçu Kadi Yuri Borqes Malinovskini transfer etdiyini xəbər vermişdik.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanıb. “Qarabağ” Kadi ilə 2+1 şərti ilə müqavilə imzalayıb.

25 yaşlı yarımmüdafiəçi Braziliyanın “Koritiba” klubunun yetirməsidir. Kadi Yuri Borqes Malinovski 2019-cu ilə qədər bu komandada çıxış edib. Yarımmüdafiəçinin son klubu Portuqaliya “Vilafranquens”i olub.