“Qarabağ” Elxan Məmmədovun çağırışına cavab verdi – video

“Qarabağ”ın baş meneceri Asif Əsgərov AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov tərəfindən koronavirusla mübarizə çərçivəsində başladılan “evdə qal, sağlam qal” çağırışına qoşulub.

Komanda.az xəbər verir ki, Əsgərov, evdə topu çiləməklə Elxan Məmmədova cavab verib və o, estafeti ürəyi “Qarabağ”la döyünən azarkeşlərə, “Qarabağ” sevərlərə ötürüb.