“Qarabağ”ın Azərbaycan Premyer Liqası üçün iştirak ərizəsi SİYAHI

“Qarabağ” Azərbaycan Premyer Liqasında 2019/2020 mövsümü üçün iştirak ərizəsini PFL-ə təqdim edib.

Komanda.az qurumun saytına istinadən xəbər verir ki, geridə qalan mövsümün sonlarında 2-ci komandaya göndərilən Con Delarjla yanaşı, yeni transferlər – Fayçal Rerras, Ailton Silva, Xayme Romero və Maqaye Qeye də yerli çempionat üçün sifariş olunub:

Qapıçılar: 13. Vaqner da Silva, 12. Şahrudin Məhəmmədəliyev;

Müdafiəçilər: 23. Fayçal Rerras, 3. Ailton Silva, 4. Rahil Məmmədov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 14. Rəşad Sadıqov, 5. Maksim Medvedev;

Yarımmüdafiəçilər: 9. Xayme Romero, 21. Hacıağa Hacılı, 20. Riçard Almeyda, 7. Araz Abdullayev, 17. Abdullah Zubir, 6. Simeon Slavçev, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 8. Miçel, 10. Dani Kintana, 2. Qara Qarayev;

Hücumçular: 99. Maqaye Geye, 28. Con Delarj, 11. Mahir Emreli.