“Çelsi”nin sabiq üzvü APOEL-də

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan APOEL klubunda məşqçi təyinatı gerçəkləşib.

Komanda.az xəbər verir ki, “Çelsi”nin sabiq futbolçusu Nunu Moraiş baş məşqçi Tomas Dollun rəhbərlik etdiyi məşqçilər korpusunda yer alacaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Moraişlə 2 illik müqavilə imzalanıb.

Moraiş 2004-2007-ci illər aralığında “Çelsi”də çıxış edib. 2007-ci ildən APOEL-in şərəfini qoruyan müdafiəçi, bu yay karyerasını bitirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button