“Qarabağ”la APOEL eyni səviyyədədir” – “Düdelanj”ın keçmiş futbolçusu

“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan “Düdelanj” klubunun sabiq futbolçusu Stelvio Krus açıqlama verib.

Komanda.az “dhnet.be” saytına istinadən xəbər verir ki, hazırda Belçikanın “Vitron” klubunda çıxış edən müdafiəçi, “Düdelanj”ın Avropa Liqasındakı şanslarını dəyərləndirib:

“Düdelanj”da olan 6 futbolçu ilə əlaqə qururam. Orda işlər davam edir. Lüksemburq futbolunda keyfiyyət artır. APOEL üzərində 4:3 hesablı qələbə inanılmaz oldu. “Sevilya” qrupun əsas favoritidir. “Düdelanj” isə ikinciliyə inanmalıdır. “Qarabağ”la APOEL eyni səviyyədədir”.

“Düdelanj” – “Qarabağ” matçı oktyabrın 3-də, Lüksemburqda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button