“Qarabağ” Çempionlar Liqasında oynayıb, lakin hələ də şansımızın olduğunu düşünürəm”

“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan “Düdelanj” klubunun futbolçusu Antuan Bernye açıqlama verib.

Komanda.az “dhnet.be” saytına istinadən xəbər verir ki, 21 yaşlı cinah hücumçusu, Avropa Liqasında “Qarabağ” və “Sevilya” ilə eyni qrupda yer almaları haqda danışıb:

“Püşkdə “Sevilya”nı görəndə, yaxşı olacağını düşündüm. Çünki “Sevilya” top klublardandır və bizim istədiklərimizdən idi. “Qarabağ” Çempionlar Liqasında oynayıb, ancaq hələ də şansımızın olduğunu düşünürəm. Məqsədim bu oyunlardan həzz almaq, əylənmək və özümü mümkün olduğu qədər yaxşı tərəfdən göstərməkdir”.

“Düdelanj” Avropa Liqasının A qrupunda “Sevilya”, “Qarabağ” və APOEL-lə mübariz aparır.

“Qarabağ” Avroliqanın qrup mərhələsinin 2-ci turu çərçivəsində, oktyabrın 3-də səfərdə “Düdelanj”la qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button