“Qarabağ”ın rəqibi səfərdən əliboş qayıtdı

“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan “Düdelanj” klubu Lüksemburq çempionatında növbəti oyununa çıxıb.

Komanda.az xəbər verir ki, “Düdelanj” ölkə çempionatının 6-cı turu çərçivəsində səfərdə “Union Titus Petange” klubu ilə qarşılaşıb. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

“Düdelanj” hazırda 4 xalla 14 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.

Lüksemburq təmsilçisi ilə “Qarabağ” arasındakı ilk oyun oktyabrın 3-də, səfərdə keçiriləcək və saat 23:00-da başlayacaq. Bu komandalar arasındakı cavab görüşü isə dekabrın 12-də, Bakıda olacaq və saat 20:55-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button