“Qarabağ” İsrailə iki itki ilə yollandı

“Qarabağ” “Makkabi” (Təl-Əviv) komandası ilə Avropa Liqasının qrup mərhələsində keçirəcəyi ilk oyun üçün bu gün İsrailə yola düşüb.

Komanda.az xəbər verir ki, “köhlən atlar” İsrail təmsilçisi ilə görüşdə iki futbolçusunun xidmətindən istifadə edə bilməyəcək. Bunlar müdafiəçi Abbas Hüseynovla hücumçu Mahir Emrelidir. Hər iki futbolçu zədə səbəbindən meydana çıxa bilməyəcək.

Oktyabrın 22-də “Blumfild” stadionunda keçiriləcək “Makkabi” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button