“Qarabağ”dan xal almaq qələbəyə bərabərdir”

Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində “Qarabağ”la 1:1 hesablı bərabərliyə razılaşan “Zirə”nin baş məşqçisi Zaur Həşimov oyundan sonra mətbuat konfransı keçirib.

Komanda.az xəbər verir ki, gənc mütəxəssis bunları deyib:

  • Futbolçular yaxşı mübarizə apardılar. “Qarabağ”dan xal almaq qələbəyə bərabərdir. Bu gün komandada özgüvəni gördüm, oyuna yaxşı köklənmişdik. Xüsusilə, müdafiədə yaxşı oynadıq. Qol epizodlarımız da oldu, onların birindən istifadə edə bildik. Yaxşı nəticə əldə etdik.
  • Zədəli futbolçuların vəziyyəti necədi?
  • Heyətdə zədəli futbolçu çoxdu. Elvin Camalov meydana zədəli çıxmışdı. Daha 2 futbolçumuz zədəlidi. Fasilədə bir neçə futbolçumuz milliyə gedəcək. Ümid edirəm ki, sağlam qayıdacaqlar.

Aygül Qarayeva

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button