“Qarabağ”dan “Sumqayıt”ın futbolçusuna təşəkkür

Futbol üzrə Azərbaycan Premyer Liqasının 16-cı turunun “Sumqayıt” – “Qarabağ” matçında kuryoz hadisə yaşandığını xəbər vermişdik.

Komanda.az xəbər verir ki, matçın 20-ci dəqiqəsində Ağdam klubunun yarımmüdafiəçisi Filip Ozobiç rəqib qapısına yol tapsa da, top qapı torundan bayıra çıxdığı üçün hakimlər qolu qeydə almaq istəmirdilər.

Həmin anda hakimlərin düzgün qərar verməsinə yardımçı olanlar arasında məhz “Sumqayıt”ın futbolçuları da var idi. Bu mənada meydan sahiblərinin müdafiəçiləri Vurğun Hüseynovla Rail Məlikovun adını xüsusi qeyd etmək olar. Məhz onlar ədalət təmsilçilərinə epizodun qol olduğunu söylədikdən sonra baş hakim hakim Orxan Məmmədov mərkəzi göstərdi.

“Qarabağ” da “Sumqayıt”ın futbolçularının bu əməyini diqqətdən kənarda qoymayıb. Belə ki, Ağdam klubu sosial şəbəkə hesabında buna görə minnətdarlıq mesajı yayımlayıb. Lakin yalnız Rail Məlikovun adı vurğulanmaq şərtilə:

“Bu günkü oyunda ilk qol zamanı hakimə doğru qərar verməkdə kömək edən Rail Məlikova təşəkkür edirik”.

Qeyd edək ki, “Qarabağ” bu oyunda 2:0 hesabıyla qalib gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button