“Qarabağ”dan Şahruddin açıqlaması: 25 tikiş qoyulub!

Futbol üzrə Azərbaycan Premyer Liqasının 23-cü turunda “Səbail”lə səfər matçının (1:1) 26-cı dəqiqəsində ciddi zədə alan “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev dərhal xəstəxanaya aparılıb.

Komanda.az Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir ki, burun, üz və kəllə nahiyəsindən xəsarət alan qapıçıya 25 tikiş qoyulub.

İlkin müayinədən sonra Şahruddin Məhəmmədəliyevin ən azı 2-3 həftə yaşıl meydanlardan kənar qalacağı dəqiqləşib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button