“Qarabağ”dan “Neftçi”nin 50 manatlıq addımına cavab

Bu gün Azərbaycan Premyer Liqasının son turu çərçivəsində “Neftçi” 8-ci km stadionunda “Qarabağ”ı qəbul edəcək. “Köhlən atlar” artıq çempionluğu rəsmiləşdirdiyindən, bu oyunun heç bir əhəmiyyəti yoxdur.

Oyundan sonra “Qarabağ”a çempionluq kuboku təqdim olunacaq ki, “Neftçi” əzəli rəqibinin doğma meydanda mükafatlandırılmasına qarşıdır. Elə buna görə də, Bakı klubunun rəhbərliyi oyunun biletlərinə fantastik – 50 manat qiymət qoyub. Bu isə azarkeşlər arasında, futbol ictimaiyyətində ciddi narazılığa səbəb olub.

Komanda.az-ın əldə etdiyi məlumata görə, “Qarabağ” rəhbərliyi azarkeşlərinin oyunu stadiondan izləyə bilməsi üçün jest edib. Belə ki, klub rəhbərliyi 700 bilet alaraq, azarkeşlərinə paylayıb.

“Neftçi” – “Qarabağ” matçı saat 18.00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button