“Qarabağ”dan “Keşlə”yə

Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək “Keşlə” komandası növbəti transferini reallaşdırıb.

Komanda.az xəbər verir ki, paytaxt təmsilçisi “Qarabağ”ın müdafiəçisi Rafael Məhərrəmlini icarəyə götürüb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 20 yaşlı futbolçu mövsümün sonunadək “Keşlə”nin şərəfini qoruyacaq.

Qeyd edək ki, Rafael Məhərrəmli ötən mövsüm icarə əsasında “Zirə”də oynayıb və Azərbaycan Premyer Liqasında 9 matçda meydana çıxıb.

Xatırladaq ki, “Keşlə” Avropa Liqasının 1-ci təsnifat mərhələsində Albaniyanın “Laçi” klubu ilə üz-üzə gələcək. Avqustun 27-də “ASK Arena”da keçiriləcək qarşılaşmaya saat 21:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button