“Qarabağ”dan ayrılan futbolçu Azərbaycanla vidalaşdı

“Qarabağ” klubu ilə yollarını ayıran Faysal Rerras Azərbaycanla vidalaşıb.

Komanda.az xəbər verir ki, 26 yaşlı mərakeş əsilli belçikalı müdafiəçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O, bu gün hava limanında olduğunu və ölkəni tərk etdiyini bildirib.

Qeyd edək ki, Faysal Rerras “Qarabağ”a ötən ilin yayında keçmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button