“Qarabağ”da itki – Azı 10 gün olmayacaq

“Qarabağ”ın dünən “Zirə”ylə yoxlama oyununda (2:1) zədələnən müdafiəçisi Yakub Jezniçakın durumuna aydınlıq gəlib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, polşalı futbolçu ən azı 10 gün yaşıl meydanlardan uzaq qalacaq. Bu isə o deməkdir ki, 32 yaşlı futbolçu Azərbaycan Premyer Liqasının 22-ci turunun “Sumqayıt”la səfər matçını buraxacaq.

Aprelin 1-də keçiriləcək “Sumqayıt” – “Qarabağ” matçı saat 18:30-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button