“Qarabağ”a uduzdu, istefası gündəmə gəldi

“Lex” (Polşa) baş məşqçisi Con van den Bromla yollarını ayıra bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Voetbalbelgie” nəşri məlumat yayıb. Xəbərdə bildirilir ki, 56 yaşlı mütəxəssisdən komandanın nəticələrinə görə hesabat tələb edilib.

Niderlandlı məşqçinin Polşa superkuboku uğrunda məğlub olduqları oyundan və “Qarabağ”a 1:5 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab matçından sonra istefası gündəmdədir.

Con van den Brom “Lex”ə iyunun 16-da baş məşqçi təyin olunub. Onunla 2 illik müqavilə imzalanıb.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button