“Qarabağ”a qarşı hücum futbolu oynamaq hər komandanın işi deyil”

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

  • Məğlubiyyətə görə üzülürük. Bilirdik ki, “Qarabağ”la oyunda səhv etmək olmaz. İlk hissədə futbolçularımız oyuna gec kökləndilər. Bu da qola gətirib çıxardı. Komandamızın öz dəsti-xətti var. Bu da bizə gələcəyə dair əsas verir. Bu gün başqa futbol da oynaya bilərdik. Amma qarşımıza məqsəd qoymuşduq. Futbol oynamalı idik. “Qarabağ” neçə illərin çempionudu. Epizodlarımız var idi, daha soyuqqanlı ola bilərdik. Futbolçulara əzmkarlığa görə təşəkkür edirəm. Qarşıda uzun marafon var. Çalışacağıq ki, bu mübarizədən qalib ayrılaq.
  • Oyundan zövq ala bildiz?
  • Bəli. Siz zövq ala bilmədiz?
  • Xeyr, mən tək komanda gördüm.
  • Yəqin fikriniz başqa yerdə idi. Nədən zövq almadız?
  • “Qarabağ” tək oynayırdı sanki
  • “Qarabağ”a qarşı hücum futbolu oynayan hansı komanda var?
  • “Neftçi”, “Keşlə”…
  • Bu, sizin şəxsi fikrinizdir. Nə deyim..
  • Bu gün rəqib müdafiənizi pərən-pərən salmışdı. Müdafiədəki boşluqların səbəbi nə idi?
  • Fikrinizə hörmət edirəm. İlk hissədə epizod buraxmadıq. Təkcə, Xayme Romeronun epizodu oldu. Qoldan sonra risk etmişdik. Qələbə qazanmaq istəyiriksə, bütün futbolçularımızı meydana buraxmalı idik. “Qarabağ”a qarşı hücum futbolu oynamaq hər komandanın işi deyil. “Neftçi”nin “Qarabağ”a qarşı hücum futbolu oynadığını deyirsiz. Nə vaxt oynayıb? Hansı epizodu olub?
  • Mövsümün ən yaxşı futbol oynayan komandalarından biri də “Sumqayıt”dı. Bu tempi mövsümün sonuna qədər saxlamaq çətin olmayacaq?
  • Yaxşı sualdı. Futbolçuları bu tempdə saxlamaq çətin olacaq. Onların stabil qalması çətindi. Bunun üzərində çalışırıq. Nəyisə itirsək, bizim üçün faciə olar. Futbolçuları qazanmağa çalışırıq.

Aygül Qarayeva

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button