“Qarabağ”a hörmət etmək lazımdır” – “Viktoriya”nın keçmiş baş məşqçisi

Çexiya “Viktoriya”sının (Plzen) keçmiş baş məşqçisi Karel Kreyçi “Qarabağ”la UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, Kreyçi “iSport” nəşrinə açıqlamasında “Qarabağ”a hörmət etmək lazım olduğunu deyib:

“Rəqibə hörmət etmək lazımdır. Onların baş məşqçisi Qurban Qurbanov uzun illərdir komandadadır. “Qarabağ” evdə və səfərdə eyni üslubda oynamağa çalışır. “Viktoriya” dolu tribunalar önündə oynayacaq”.

Çexiyalı mütəxəssis “Viktoriya”nın təcrübəli futbolçulardan ibarət olduğunu bildirib:

“Cəzalı durumda olan kapitan Lukaş Heydanın rolunu başqa oyunçu öz üzərinə götürməlidir. “Viktoriya” Çempionlar Liqasının qrup mərhələsinə yüksəlmək üçün hər şeyə sahibdir. Komanda ev amilindən, standart vəziyyətlərdən mütləq yararlanmalıdır. “Viktoriya” səfərdəki ilk görüşdə də yaxşı təsir bağışlamışdı”.

Bu gün “Dusan Arena”da keçiriləcək “Viktoriya” – “Qarabağ” matçı saat 23:00-da başlayacaq. Tofiq Bəhramov adına Respublika stadionundakı ilk oyunda hesab açılmayıb.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button