“Qarabağ”a çempionluq kuboku verildi – VİDEO+FOTOLAR

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2018/19 mövsümünün yekunlarına əsasən, mükafatlandırma mərasimi təşkil olunub.

Komanda.az xəbər verir ki, tədbir 28-ci turun “Neftçi” – “Qarabağ” matçı yekunlaşdıqdan sonra 8-ci km stadionunda keçirilib.

Əvvəlcə “Səbail”ə bürünc, sonra isə “Neftçi”yə gümüş medallar verilib. Sonda səhnəyə “Qarabağ” dəvət olunub. Ağdam klubunun üzvlərin qızıl medallarını aldıqdan sonra Rəşad Sadıqov və artıq komandanın sıralarını tərk etsə də, məhz mükafatlandırma mərasimi üçün Bakıya dəvət olunmuş Ansi Aqolli çempionluq kubokunu başı üzərinə qaldırıb.

Qeyd edək ki, mükafatları AFFA-nın prezidenti Rövnəq Abdullayev, baş katib Elxan Məmmədov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev təqdim edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button