“Qarabağ” yeni transferini rəsmən açıqladı

Növbəti mövsüm üçün heyətini gücləndirməyə davam edən “Qarabağ” üçüncü transferini reallaşdırıb.

Komanda.az xəbər verir ki, Ağdam klubu Faysal Rerrası transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Mərakeşli müdafiəçiylə iki illik müqavilə imzalanıb.

26 yaşlı müdafiəçi sonuncu dəfə Fransanın “Bezye” klubunda çıxış edib. O, karyerası ərzində “Vize”, “Sent-Trüden”, “Hart of Midlotian”, “Mexelen”, “Hibernian” kimi klublarda da çıxış edib. Ölkəsinin millisində 1 oyuna çıxıb.