“Qarabağ” “Trabzonspor”un hücumçusu ilə maraqlanır

“Qarabağ” Türkiyənin “Trabzonspor” klubunun futbolçusu Benqali-Fode Koyta ilə maraqlanır.

Komanda.az xəbər verir ki, bu məlumatı “61saat” nəşri yayıb.

“Hatayspor” və “Girəsunspor”un da 32 yaşlı hücumçunu heyətinə qatmaq istədiyi bildirilib. Lakin qvineyalı oyunçu hər iki təklifi rədd edib.

Futbolçunun agenti Trabzona gedib və transfer məsələləri ilə məşğul olmağa başlayıb.

Benqali-Fode Koyta 2021-ci ildən “Trabzonspor”da çıxış edir. Qara dəniz təmsilçisi müqaviləsi 2024-cü ildə başa çatan afrikalı forvardla yollarını ayırmaq istəyir.

Daha əvvəl “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov 3-4 futbolçu ilə danışıqlar apardıqlarını, amma keçidin alınmadığını bildirmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button