“Qarabağ” – “Sürix”: Biletlərin qiyməti açıqlandı

“Qarabağ” və İsveçrənin “Sürix” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununun biletləri satışa çıxarılır.

Klubun mətbuat xidmətindən Komanda.az-a verilən məlumata görə, azarkeşlər biletləri iyulun 15-də saat 11:00-dan əldə edə biləcəklər.

Qiymətlər müvafiq olaraq, 5 manat, 10 manat, 20 manat və 50 manatdır.

Biletləri “Iticket.az”-ın satış məntəqələrində (11:00-dan 20:00-dək) və “iticket.az”-da onlayn qaydada, “Park Bulvar”dakı “Qarabağ” FK-nın fan-şopunda (11:00-dan 20:00-dək), Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından (11:00-dan 20:00-dək) əldə etmək olar.

İyulun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq. Cavab matçı iyulun 27-də olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button