“Qarabağ” – “Sevilya”: Son məşqlər və mətbuat konfransları

Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində baş tutacaq “Qarabağ” – “Sevilya” (İspaniya) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub.

Komanda.az xəbər verir ki, sentyabrın 18-də, saat 16:00-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov media mənsublarının önünə çıxacaq.

“Qarabağ”ın son məşqi isə saat 17:30-da Suraxanı qəsəbəsində yerləşən klubun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

“Sevilya”nın baş məşqçisi Xulen Lopeteqi isə saat 18:30-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. İspaniya təmsilçisinin son məşqi saat 19:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button