“Qarabağ” – “Şerif”: son məşq və mətbuat konfranslarının vaxtı açıqlandı

Futbol üzrə UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Qarabağ” – “Şerif” (Moldova) qarşılaşmasından öncə keçiriləcək son məşq və mətbuat konfranslarının vaxtı açıqlanıb.

Komanda.az xəbər verir ki, avqustun 25-də saat 14:00-da Tofiq Bəhramov adına Respublika stadionunda Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək.

Saat 18:30-da isə onun rəhbərlik etdiyi komanda “Azersun Arena”da oyunöncəsi son məşqə çıxacaq.

Saat 19:00-da Tofiq Bəhramov adına Respublika stadionunda “Şerif”in baş məşqçisi Zoran Zekiçin mətbuat konfransı keçiriləcək. Saat 19:30-da rəqib komanda matçın keçiriləcəyi stadionda son məşqə çıxacaq.

Avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Şerif” matçına saat 20:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button