“Qarabağ” “Şerif”i də məğlub etdi

“Qarabağ” bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, Ağdam klubu 2-ci təsnifat mərhələsi çərçivəsində Bakıda Moldova çempionu “Şerif”i qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçı ukraynalı FİFA referisi Mikola Balakin idarə edib.

Bu, komandaların avrokuboklarda 5-ci dueli idi. Daha əvvəl 2017/18 mövsümündə Çempionlar Liqasında, 2018/19 mövsümündə isə Avropa Liqasında Tiraspol təmsilçisi ilə üz-üzə gəlmiş Azərbaycan çempionu hər iki halda rəqibini məğlub edərək növbəti mərhələyə adlamışdı.

Elə bu dəfə də bir oyunluq mübarizədə növbəti mərhələyə adlayan tərəf Ağdam klubu olub. Üç qolun qeydə alındığı matçdan “Qarabağ” qalib ayrılıb.

Cütün qalibi olan “Qarabağ” yoluna ÇL-in 3-cü təsnifat mərhələsində davam edəcək. Məğlub olan tərəf – “Şerif” isə Avropa Liqasının 3-cü təsnifat mərhələsində mübarizə aparacaq.

Qeyd edək ki, “Qarabağ” 1-ci təsnifat mərhələsində Şimali Makedoniya “Sileksi”nə 4:0 hesabı ilə qalib gəlmişdi.

UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsi


26 avqust

Qarabağ – Şerif 2:1
Qol
: U.Matiç, 22-pen. M.Emreli, 63 – K.Velez, 78.
Qırmızı vərəqə: A.Abanq, 37.
Hakimlər: Mikola Balakin, Viktor Matyaş, Sergey Pristupa, Andrey Kovalenko (hamısı Ukrayna).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 8. Uroş Matiç, 9. Xayme Romero, 10. Abdullah Zubir, 11. Mahir Emreli, 19. Filip Ozobiç, 55. Bədavi Hüseynov, 77. Donald Gerye, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 8. Kvabena Ovusu, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 29. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev.
Baş məşqçi: Qurban Qurbanov.
Şerif: 1. Dmitri Çelyadnik, 3. Çarlz Petro, 11. Andrey Peteleu, 15. Kristiano da Silva Leyte, 18. Parra Sinisterra, 44. Andrey Lukiç, 55. Benedik Mioç, 70. Feyt Obilor, 76. Qabriel Boban, 77. Anatole Abanq, 91. Usman Ndiaye (k).
Ehtiyat oyunçular: 33. Sergey Paşenko, 7. Andrey Blizniçenko, 8. Maks Velozo, 10. Kastaneda Velez, 14. Sebastyan Dalström, 16. Keston Julien, 43. Riçard Qadze.
Baş məşqçi: Zoran Zekiç.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button