“Qarabağ” – “Sabah” matçının biletləri oyun günü satışda olacaq

Misli Premyer Liqasının 6-cı turunda keçiriləcək “Qarabağ” – “Sabah” qarşılaşmasının biletləri sabah – sentyabrın 11-də satışa çıxarılacaq.

Komanda.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, bilet satışı saat 11:00-dan oyun başlayanadək davam edəcək.

Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 5 manat, mərkəzi sektorlar 10 manat, VIP biletlər isə 20 manat təşkil edir.

Biletləri yalnız “Azersun Arena”nın kassalarından ala bilərsiniz.

Qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button