“Qəbələ” Sxadadzenin debütündə “Qarabağ”a böyük hesabla uduzdu

Bu gün Azərbaycan Premyer Liqasında 23-cü turdan təxirə salınan oyun keçirilib.

Komanda.az xəbər verir ki, turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan “Qəbələ” lider “Qarabağ”ı qəbul edib.

Qəbələdə keçirilən oyun “qırmızı-qaralar”ın yeni baş məşqçisi Kaxaber Sxadadzenin komandanın “sükanı arxasında” debüt oyunu olub.

“Qarabağ” bu oyunda 4 cavabsız qolla qalib gəlib.

Azərbaycan Premyer Liqası
23-cü turdan təxirə salınan oyun

28 fevral

Qəbələ – Qarabağ 0:4
Qollar: Adama Diakabi, 47. Riçard Almeyda, 59-pen. Nəriman Axundzadə, 65. Marko Yankoviç, 80.
Qırmızı vərəqə: Fares Abu Akel, 52.
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Rauf Allahverdiyev
VAR: Rəşad Əhmədov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Qəbələ şəhər stadionu

Qəbələ: 13. Kristof Atanqana, 11. Asif Məmmədov (k), 2. İlkin Qırtımov, 34. Ürfan Abbasov, 28. Murad Musayev, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 3. Zurab Oçiqava, 6. Fares Abu Akel, 9. Əyyub Allaş, 72. Osama Xalayla.
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 14. Ülvi İsgəndərov, 5. Rauf Hüseynli, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 71. Sənan Ağalarov, 99. Ahmed Ayzaya, 17. Yaovi Akakpo, 8. Gilad Abramov.
Baş məşqçi: Kaxaber Sxadadze.
Qarabağ: 99. Andrey Lunyov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev (k), 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 11. Adama Diakabi, 18. Olavio Juninyo, 2. Mateus Silva, 6. Julio Romao.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç, 66. Patrik Andrade, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 19. Redon Cica, 15. Leandro Andrade.
Baş məşqçi: Qurban Qurbanov.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button