“Kəpəz” evdə, “Sabah” səfərdə uduzdu

Azərbaycan kubokunda 1/4 final mərhələsinə start verilib.

Komanda.az xəbər verir ki, mərhələnin oyunları dünən “Zirə” – “Neftçi” matçı ilə start götürüb. Bu oyunda meydan sahibləri minimal fərqlə qalib gəliblər.

Günün ikinci oyununda “Qarabağ” doğma meydanda “Qəbələ”ni qəbul edib. Dörd qolun vurulduğu bu görüş isə heç-heçə bitib.

Bu gün 1/4 finalın ilk oyunları çərçivəsində “Kəpəz” “Turan Tovuz”la üz-üzə gəlib. Matçda hesabı gəncəlilər açsa da, qonaqlar sonradan iki qol vuraraq, qələbə qazanmağı bacarıblar.

“Sabah” isə yarımfinala yüksəlmək yolunda “Səbail”lə qarşılaşıb. Amma beş qolun qeydə alındığı ilk matçda “dənizçilər” qələbə qazanıblar.

Azərbaycan kuboku, 1/4 final
İlk oyunlar

8 dekabr

Zirə – Neftçi 1:0
Qol: Rəhim Sadıxov, 54.
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Cəmil Quliyev, Kamal Umudlu
VAR: Fərid Hacıyev
AVAR: Rəhman İmami
Hakim-inspektor: Anar Salmanov
Zirə İK stadionu

Zirə: 1. Mehdi Cənnətov, 18. Slavik Alxasov, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 2. Sertan Taşkın, 21. Hacıağa Hacılı, 23. Andriya Lukoviç, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 5. Moiz Adileu
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 77. Mirsayib Abbasov, 91. Coşqun Diniyev, 13. Ramin Əhmədov, 9. Loris Broqno, 47. Mohamed Hamdaui, 17. Toni Qomes, 7. Filipe Paxtman
Baş məşqçi: Rəşad Sadıqov

Neftçi: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 19. Azər Salahlı, 26. Ömər Buludov, 6. Voyislav Stankoviç, 4. Solomon Kverkveliya, 5. Kenni Sayef, 23. Ataa Caber, 11. Qodsvey Donyo, 24. Yusuf Laval
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 2. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 20. Vüsal Əsgərov, 27. Fərid Yusifli, 51. David Orucov, 91. Ağadadaş Salyanskiy, 92. Ömər Qurbanov, 18. Vato Arveladze, 77. Yeqor Boqomolski, 16. Gilyerme Pato
Baş məşqçi: Laurentsiu Regekampf

Qarabağ – Qəbələ 2:2
Qol: Musa Qurbanlı, 56; 86 – Emil Səfərov, 25. Omar Hani, 87.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamranbəy Rəhimov
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Babək Quliyev
“Azersun Arena”

Qarabağ: 23. Luka Quqeşaşvili, 5. Maksim Medvedev (k), 55. Bədavi Hüseynov, 4. Rahil Məmmədov, 77. Ramil Şeydayev, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 8. Marko Yankoviç, 11. Kvabena Ovusu, 6. Julio Romao.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 89. Amin Ramazanov, 7. Riçard Almeyda, 2. Qara Qarayev, 30. Abbas Hüseynov, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir, 20. Kadi Borqes.
Baş məşqçi: Qurban Qurbanov.
Qəbələ: 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 28. Murad Musayev (k), 77. Emil Səfərov, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 97. Felipe Santos, 6. Feras Abu Akal, 10. Omar Hani.
Ehtiyat oyunçular: 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 34. Ürfan Abbasov, 14. Ülvi İsgəndərov, 7. Rövlan Muradov, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 8. Andrey Strijak.
Baş məşqçi: Elmar Baxşıyev.

9 dekabr

Kəpəz – Turan Tovuz 1:2
Qol:
Abdullahi Şuaybu, 9 – Runi Eva, 52-pen. Ehtiram Şahverdiyev, 64.
Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusufov, Müslüm Əliyev, Vüqar Həsənli
Hakim-inspektor: İmanxan Sultani
Gəncə şəhər stadionu

Kəpəz: 68. Orxan Sadıqlı, 8. Tural Axundov (k), 70. Nicat Süleymanov, 14. Elçin Əlicanov, 20. Mahir Həsənov, 5. Peyman Keşavarzi, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 7. Giorgi Kantariya, 19. Abdullahi Şuaybu
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 22. Əfran İsmayılov, 74. Yusif Nəbiyev, 77. Fərid Nəbiyev, 27. Samir Məhərrəmli, 97. Nicat Məmmədov, 44. Nihat Fərəci, 66. Arzu Atakişiyev, 24. Mixeil Erqemlidze
Baş məşqçi: Tərlan Əhmədov
Turan Tovuz: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 39. Sadiq Quliyev, 7. Ehtiram Şahverdiyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Şakir Seyidov, 30. Piruzi Marakvelidze, 17. Natan Oduva, 19. Runi Eva
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 13. Mehman Hacıyev, 14. Akif Tağıyev, 60. Səbayıl Bağırov, 6. Turan Vəlizadə, 99. Veysəl Rzayev, 21. Abbas Ağazadə, 88. Faiq Hacıyev, 15. Vüsal Məsimov, 87. Nazim Həsənzadə, 9. İmeda Aşortiya, 11. Ayxan Quseynov
Baş məşqçi: Ayxan Abbasov

Səbail – Sabah 3:2
Qol: Luvaqa Kizito, 32. Franko Mazurek, 62; 73 – Kristian Sebalyos, 80. Davit Volkov, 90+5.
Qırmızı vərəqə: Nicat Mehbalıyev, 12.
Hakimlər: Nicat İsmayıllı, Kamran Bayramov, Vüsal Məmmədov, Fərid Hacıyev
Hakim-inspektor: Ramil Diniyev
“ASCO Arena”

Səbail: 1. Emil Balayev, 14. Rahid Əmirquliyev (k), 10. Ağabala Ramazanov, 6. Cabir Əmirli, 17. Rafael Məhərrəmli, 55. Nihad Qurbanlı, 27. Emil Martinov, 30. Franko Mazurek, 21. Kizito Luvaqa, 5. Petro Stasyuk, 20. Fakundo Kardozo
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 25. Sadiq Məmmədzadə, 15. Vüqar Həsənov, 3. Turan Manafov, 8. Elmir Tağıyev, 77. Ədilxan Qarəhmədov, 22. Samir Abdullayev, 23. Qustavo de Fransa, 4. Maksim Çex
Baş məşqçi: Mahmud Qurbanov

Sabah: 94. Nicat Mehbalıyev, 14. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov (k), 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 29. Ceyhun Nuriyev, 13. Abdulaye Ba, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 99. Emmanuel Apeh, 8. Aleksey Kaşuk
Ehtiyat oyunçular: 12. Yusif İmanov, 16. Rustam Samigullin, 10. Aleksey İsayev, 21. İldar Alekperov, 6. Abdulax Xaybulayev, 5. İdris İnqilablı, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 15. Kristian da Silva, 11. Kristian Sebalyos, 18. Davit Volkov, 19. Con İrasabal
Baş məşqçi: Murad Musayev

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button