“Qarabağ” – “Omoniya”: açıq məşq və mətbuat konfranslarının vaxtı bəlli oldu

Futbol üzrə Avropa Konfrans Liqasının qrup mərhələsinin 5-ci turunda keçiriləcək “Qarabağ” – “Omoniya” oyunundan öncə baş tutacaq açıq məşq və mətbuat konfranslarının vaxtları müəyyənləşib.

Komanda.az xəbər verir ki, hər iki tədbir noyabrın 24-də keçiriləcək. Həmin gün saat 12:00-da oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ”ın mətbuat konfransı baş tutacaq. 18:10-da isə Ağdam təmsilçisi “Azersun Arena”da ilk 15 dəqiqəsi açıq olan məşqə çıxacaq.

“Omoniya”nın mətbuat konfransı isə saat 19:30-da, açıq məşqi 20:00-da başlayacaq. Hər iki tədbir Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Noyabrın 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Omoniya” matçına saat 21:45-də start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button