“Qarabağ” “Neftçi”yə qalib gəldi

Qəbələdə təlim-məşq toplanışını davam etdirən “Qarabağ” bu gün növbəti yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, Ağdam təmsilçisi “Neftçi” ilə qarşılaşıb.

Qəbələ şəhər stadionunda keçirilən matçın taleyini bir qol həll edib. Bədavi Hüseynovun 50-ci dəqiqədə vurduğu qol Ağdam klubuna qələbə qazandırıb. Bundan cəmi üç dəqiqə sonra isə Filip Ozobiç penaltini boşa verib.

“Qarabağ” daha əvvəl keçirdiyi yoxlama oyunlarında “Keşlə”yə 3:1 hesabı ilə qalib gəlib, “Sabah”a isə 1:2 hesabı ilə məğlub olub. “Neftçi” isə keçirdiyi ilk yoxlama oyununda “Sumqayıt”ı 3:0 hesabı ilə məğlub edib.

Yoxlama oyunu

31 iyul

Qarabağ – Neftçi 1:0
Qol
: Bədavi Hüseynov, 50.
Qəbələ şəhər stadionu.