“Qarabağ” – “Neftçi” oyunu 51 manata? AÇIQLAMA

Azərbaycan Premyer Liqasının növbəti turunda “Neftçi”ni qəbul edəcək “Qarabağ”ın bu matçın biletlərini 51 manata satışa çıxaracağı ilə bağlı xəbərlər yayılıb.

Komanda.az məsələylə bağlı Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun fikirlərini öyrənib. Klub rəsmisi oyun üçün biletlərin qiymətlərinin dəqiqləşmədiyini deyib:

“Hələ ki, bu matç üçün biletlərin qiyməti dəqiq deyil. Ümumiyyətlə, biletin pullu və ya pulsuz olacağı hələ dəqiqləşməyib. Bu məsələyə yaxın günlərdə aydınləq gələcək”.

“Qarabağ” – “Neftçi” matçı sentyabrın 15-də keçiriləcək və saat 20:30-da start götürəcək.