“Qarabağ” maksimum nəticə ilə irəliləyir

Minifutbol üzrə ölkə çempionatında 5-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, “İdman” Tv ilə canlı yayımlanan oyunlarda “Zəfər” komandası “Veteran”a, son çempion “Birbaşa Bakı” isə “Odlar Yurdu”na qalib gəlib. “Qarabağ”, “Sumqayıt”, “Real” (Bakı), “Dinamo” (Gəncə), “Xəzər” və “Aznur” komandaları da turu qələbə ilə başa vurublar.

Beş turdan sonra turnir cədvəlinə “Qarabağ” başçılıq edir. Sonrakı yerlərdə müvafiq olaraq “Zəfər” və “Birbaşa Bakı” komandaları qərarlaşıblar.

Növbəti turun oyunları yanvarın 7-10 da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button