“Qarabağ” “Makkabi”yə məğlub oldu

Bu gün Avropa Liqasında qrup mərhələsinin ilk turunun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, İ qrupunda yer alan “Qarabağ” da ilk oyununa çıxıb. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda 1-ci tur çərçivəsində İsrail səfərində “Makkabi” ilə qarşılaşıb. Ağdam klubu bu oyundan minimal hesabla məğlub ayrılıb.

Qrupun digər matçında İspaniyanın “Vilyarreal” klubu Türkiyə “Sivasspor”unu qəbul edib. Səkkiz qolluq bu qarşılaşmada da meydan sahibləri qələbə qazanıb.

Avropa Liqası, qrup mərhələsi, 1-ci tur

22 oktyabr

İ qrupu

Makkabi (Təl-Əviv, İsrail) – Qarabağ 1:0
Qol: Y.Kohen, 10.
Baş hakim: Con Biton (Şotlandiya)

Makkabi: 19. Daniel Tenenbaum, 4. Enrik Saborit, 6. Dan Qlazer, 10. İtay Şexter, 18. Eytan Tibi, 21. Şeran Yeini (k), 23. Eyal Qolasa, 24. Yonatan Kohen, 27. Ofir Davidzada, 30. Maor Kandil, 42. Dor Perets.
Ehtiyat oyunçular: 1. Perets Daniel, 2. Ben Bitton, 3. Matan Baltaxa, 9. Nik Blakman, 11. Tal Ben Kaim, 22. Avi Rikan, 25. Amit Qlazer, 29. Eylon Almoq, 39. Eduardo Gerrero, 44. Luis Hernandes, 47. Eden Karzev, 77. Ruslan Barski.

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6. Patrik Andrade, 8. Uroş Matiç, 9. Xayme Romero, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 30. Abbas Hüseynov, 77. Donald Gerye, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 4. Rahil Məmmədov, 7. Kvabena Ovusu, 11. Mahir Emreli, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov.

Vilyarreal (İspaniya) – Sivasspor (Türkiyə) 5:3
Qol: Kubo, 13. Bakka, 20. Foyt, 57. Alkaser, 74; 78 – Kayode, 33. Yatabare, 43. Qradel, 64.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button