“Qarabağ” Macarıstana yola düşdü

“Qarabağ” “Ferentsvaroş”a qarşı UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunu üçün Macarıstana yollanıb.

Komanda.az xəbər verir ki, “köhlən atlar”ı paytaxt Budapeştə aparan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşüb.

Komandanın zədəli futbolçuları kapitan Maksim Medvedev və Kevin Medina səfərə aparılmayıb.

Saat 20:40-da baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. Saat 21:00-da isə matçın keçiriləcəyi “Groupama Arena”da komandanın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) gerçəkləşəcək.

Avqustun 9-da oynanılacaq “Ferentsvaroş” – “Qarabağ” görüşü saat 22:00-da başlayacaq. Bakıdakı ilk oyunda (1:1) qalib müəyyənləşməyib.