“Qarabağ” məşqləri bərpa etdi

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlum qərarına əsasən “Qarabağ” bu gündən etibarən məşqləri bərpa edib.

Komanda.az xəbər verir ki, klubun bazasında baş tutan məşq 17:30-da start götürüb və təxminən 1 saat davam edib. Futbolçular isinmə hərəkətlərinin ardından fiziki tapşırıqları yerinə yetirib.

Qeyd edək ki, Operativ Qərargahın bütün tövsiyyələrinə əməl edilib, futbolçular və məşqçilər heyətinin hərarətləri yoxlanıldıqdan sonra məşq prosesinə icazə verilib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button