“Qarabağ” məğlub oldu

Qadın həndbolçular arasında Azərbaycan çempionatında növbəti oyun keçirilib.

Komanda.az xəbər verir ki, 14-cü turun görüşündə çempionluğa iddialılar “Qarabağ”la “Azəryol” üz-üzə gəlib.

“AHF Arena”da başabaş mübarizə şəraitində keçən qarşılaşmada lider “Qarabağ” meydanı məğlub tərk edib. 27:25 hesablı qələbə qazanan “Azəryol” çempionluq uğrunda mübarizəni daha da gərginləşdirib.

Martın 17-də 12-ci turdan təxirə salınmış oyunda “Kür” və “İdman Akademiyası” qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button