“Qarabağ” “Linkoln”la oyuna getmək istəyən azarkeşlərə müraciət etdi

“Qarabağ” UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək “Linkoln”la (Cəbəllütariq) səfər matçını “Viktoriya” stadionundan izləmək və komandanı dəstəkləmək istəyən azarkeşlərinə müraciət edib.

Komanda.az xəbər verir ki, Ağdam klubu bu oyun üçün ayrılmış biletlərin oyun günü saat 16:30-dan etibarən satışda olacağını açıqlayıb.

Biletin qiyməti 5 funt-sterlinqdir.

Yeri gəlmişkən, “Qarabağ” – “Linkoln” (Cəbəllütariq) oyununun biletləri də bu gündən artıq satışdadır. İyulun 19-da saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30 və 75 manat təşkil edir.

Satış məntəqələri:
Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);
Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu (11:00-dan 20:00-dək).

“Qarabağ”ın “Linkoln”la səfər matçı sabah keçiriləcək və saat 19:30-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button