“Qarabağ” – “Linkoln” oyununa neçə bilet satılıb?

“Qarabağ”ın UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Cəbəllütariq klubu “Linkoln”la keçirəcəyi oyuna neçə bilet satıldığı məlum olub.

Bu barədə Komanda.az-a Ağdam klubunun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, oyuna artıq 18 500 bilet satılıb.

Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmaya bilet satışı davam edir. Arenanın tutumu 68 000 nəfərlikdir.

Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30 və 75 manat təşkil edir. Oyun saat 20:00-da start götürəcək.

Bu komandalar arasında Cəbəllütariqdə keçirilən ilk matçda “Qarabağ” 2:1 hesablı qələbə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button